Deputatlar iranlı qaçaqmalçıların sərhədi mütəmadi pozmasından narahatlıqlarını ifadə ediblər

Deputatlar iranlı qaçaqmalçıların sərhədi mütəmadi pozmasından narahatlıqlarını ifadə ediblər
# 21 may 2021 16:00 (UTC +04:00)

“İran qaçaqmalçıları Dövlət Sərhəd Xidmətinin hərbçilərinə hücum edib, iki hərbçimiz öldürülüb. Qaçaqmalçılardan biri tutulub, digəri tapılaraq məhv edilib. Mən onun məhv edilməsinə Qarabağda hay işğalçılarının məhv edilməsi kimi baxıram”.

APA-nın məlumatına görə, bunu Milli Məclisin bu gün keçirilən iclasında deputat Sahib Alıyev deyib.

S. Alıyev qeyd edib ki, Azərbaycan Prezidenti İranla sərhədlərimizi dostluq sərhədi adlandırır, bu, İrana yanaşmada ən yüksək münasibətdir: “Ancaq son 1 ayda İran sərhədindən 7 dəfə sərhəd pozulması qeydə alınıb. Reallıq budur ki, tutulan sərhəd pozucuları İrana ekstradisiya edilir, sonra yenidən Azərbaycanda peyda olurlar, bəlkə də göndərilirlər. Bizim uyğun strukturlar uyğun komitədə bizə bununla bağlı məlumat verməlidir. Biz də iranlı həmkarlarımıza bu barədə bildirək. İranlı həmkarlarımız arasında Azərbaycanın qələbəsindən sevincini dilə gətirib, sonra başqa fikirlər səsləndirənlər, eyni zamanda 44 günlük Vətən müharibəsi dövründə, ondan sonra da prinsipial mövqe sərgiləyənlər də var”.

Deputat Musa Qasımlı isə deyib ki, sərhəd namusdur, sərhədi kim pozursa, məhv edilməlidir: “Sərhəd pozucuları İrana ekstradisiya olandan sonra yenidən Azərbaycanda peyda olur. Belə görüntü yaranır ki, Azərbaycana qarşı artıq şəbəkə yaradılıb. Dövlət sərhədini kim pozursa-pozsun amansızlıqla məhv edilməli, bu, hər kəsə dərs olmalıdır”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR