Deputatlar Silahlı Qüvvələri günü münasibəti ilə Ali Baş Komandanı və Azərbaycan xalqını təbrik ediblər

Deputatlar Silahlı Qüvvələri günü münasibəti ilə Ali Baş Komandanı və Azərbaycan xalqını təbrik ediblər
# 25 iyun 2021 11:45 (UTC +04:00)

Millət vəkilləri Azərbaycan Respublikasının Silahlı Qüvvələri günü münasibəti ilə Ali Baş Komandan İlham Əliyev və Azərbaycan xalqını təbrik ediblər.

APA-nın məlumatına görə, Milli Məclisin bu gün keçirilən iclasında millət vəkili Musa Qasımlı Ali Baş Komandanın Azərbaycanı qalib xalqa çevirdiyini vurğulayıb.

M. Qasımlı SSRİ dövründə azərbaycanlıların orduda daha çox tikinti və digər işlərə yönləndirildiyini xatırladıb. O qeyd edib ki, bu tendensiyanı Heydər Əliyev dəyişib. Ümummilli lider Cəmşid Naxçıvançki adına liseyin açılmasına da nail olub və bu lisey müstəqil Azərbaycanda dövlət quruculuğunda mühüm yer tutub.

Parlamentin Mədəniyyət komitəsinin sədri Qənirə Paşayeva Azərbaycan Respublikasının Silahlı Qüvvələri gününün ilk dəfə Zəfər ilinə təsadüf etdiyini söyləyib və Ali Baş Komandanın rəhbərliyi ilə ordu quruculuğunun uğurla davam etdiriləcəyini vurğulayıb.

Parlamentin Regional məsələlər komitəsinin sədri Siyavuş Novruzov torpaqları işğaldan azad edən Azərbaycan Ordusunun ən güclü ordulardan biri olduğunu qeyd edib.

Millət vəkili Elşad Mirbəşiroğlu da Azərbaycan Ordusunun Vətən müharibəsində dünyanın ən güclü ordularından biri olduğunu nümayiş etdirdiyini vurğulayıb.

Deputat Cavid Osmanov ordu quruculuğunun əsasının Heydər Əliyev tərəfindən qoyulduğunu, Prezident İlham Əliyevin rəhbərliyi ilə dünyanın ən güclü ordularından birinin qurulduğunu bildirib: “Azərbaycanın “dəmir yumruğu”nun gücü hələ də Ermənistanı silkələməkdədir. Tovuz istiqamətində törədilən dünənki təxribat göstərir ki, Ermənistanda böhran hələ də davam etməkdədir”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR