Diaspor nümayəndələri Cıdır düzündə Azərbaycan bayrağını dalğalandırıblar - FOTO

Diaspor nümayəndələri Cıdır düzündə Azərbaycan bayrağını dalğalandırıblar

© APA | Diaspor nümayəndələri Cıdır düzündə Azərbaycan bayrağını dalğalandırıblar

# 28 iyul 2021 12:10 (UTC +04:00)

Diasporla İş üzrə Dövlət Komitəsinin təşkilatçılığı ilə Şuşa şəhərində səfərdə olan diaspor nümayəndələri əsrarəngiz Cıdır düzündə olublar.

Komitədən APA-ya verilən məlumata görə, soydaşlarımız Şuşanın azad edilməsi xəbərini xalqımıza çatdırarkən Prezident, Ali Baş Komandan İlham Əliyevin söylədiyi "Əziz Şuşa, sən azadsan!" və Qarabağ Azərbaycandır!" şuarlarını təkrar-təkrar səsləndiriblər.

Avropanın və ABŞ-ın müxtəlif şəhərlərində keçirilən aksiyalar zamanı nümayiş etdirilən iri ölçülü Azərbaycan bayrağını Cıdır düzündə dalğalandıran soydaşlarımız Azərbaycanın Dövlət Himnini ifa ediblər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR