Əlaqələndirmə Qərargahı nəzdindəki İdarələrarası Mərkəzin nümayəndələri Füzuli Hava Limanının tikintisi ərazisinə baxış keçiriblər - FOTO

Füzuli Hava Limanı

© APA | Füzuli Hava Limanı

# 30 iyul 2021 11:11 (UTC +04:00)

Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərdə məsələlərin mərkəzləşdirilmiş qaydada həlli ilə bağlı yaradılmış Əlaqələndirmə Qərargahının nəzdində fəaliyyət göstərən İdarələrarası Mərkəzin Nəqliyyat, rabitə və yüksək texnologiyalar üzrə, Şəhərsalma məsələləri və Elm, təhsil və mədəniyyət məsələləri üzrə işçi qrupları Füzuliyə səfər edib.

APA-nın məlumatına görə, işçi qrupu Füzulidə ilk olaraq Hava Limanının tikintisi ərazisinə baxış keçiriblər. İşçi Qrupuna Hava limanında görülən işlər barədə məlumat verilib.

Qeyd edək ki, daha sonra Füzuli şəhərinin ərazi planlaşdırma sənədlərinin hazırlanması ilə bağlı kiçik təqdimatı ediləcək, Füzuli - Hadrut avtomobil yolunda aparılan minatəmizləmə işləri ilə tanışlıq olacaq və Zəfər Yolunun tikintisinə baxış keçiriləcək.

Daha sonra səfər iştirakçılarının Şuşaya və Hadruta da səfərləri nəzərdə tutulub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR