Əlaqələndirmə Qərargahının nümayəndələri Qarğabazarda minatəmizləmə işləri ilə tanış olublar - FOTO - VİDEO - YENİLƏNİB

Əlaqələndirmə Qərargahının nümayəndələri Qarğabazarda minatəmizləmə işləri ilə tanış olublar - FOTO  - VİDEO  - YENİLƏNİB

© APA | Qarğabazarda minatəmizləmə işləri

# 30 iyul 2021 11:59 (UTC +04:00)

Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərdə məsələlərin mərkəzləşdirilmiş qaydada həlli ilə bağlı yaradılmış Əlaqələndirmə Qərargahının nəzdində fəaliyyət göstərən İdarələrarası Mərkəzin Nəqliyyat, rabitə və yüksək texnologiyalar üzrə, Şəhərsalma məsələləri və Elm, təhsil və mədəniyyət məsələləri üzrə işçi qruplarının Füzuliyə səfəri davam edir.

APA-nın məlumatına görə, işçi qrupları Füzuli Hava Limanından sonra Füzuli - Hadrut avtomobil yolunda, Qarğabazar məntəqəsinin kənd ərazisində keçən yolda aparılan minatəmizləmə işləri ilə tanış olublar.

ANAMA-nın Təmizləmə və Tədqiqat şöbəsinin müdiri İdris İsmayılov səfər iştirakçılarına görülən işlər barədə məlumat verib, minanın partladılması prosesini də izləyiblər.

Qeyd edək ki, səfər iştirakçılarının Şuşa və Hadruta da səfərləri nəzərdə tutulub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR