Əli Hüseynli 18 Oktyabrın qeyri-iş günü olmasını təklif edən deputatlara cavab verib

Əli Hüseynli

© APA | Əli Hüseynli

# 29 oktyabr 2021 12:16 (UTC +04:00)

“Biz komitədə məsələni müzakirə edəndə peşəkar hüquqşünaslar dedi ki, bu, texniki dəyişiklikdir. Amma mən bildirdim ki, bu mövzuda çıxış edənlər, populizm axtaranlar olacaq”.

APA-nın məlumatına görə, bunu Milli Məclisin bu gün keçirilən iclasında spikerin birinci müavini Əli Hüseynli 18 Oktyabr - Müstəqilliyin Bərpası Gününün qeyri-iş günü olmasını təklif edən deputatlara cavabında deyib.

Ə. Hüseynli bildirib ki, indiyə kimi 18 oktyabra etinasız yanaşma olmayıb: “Burda səsləndirilən fikirlər elə göstərir ki, indiyə kimi 18 oktyabrı qeyd etməmişik. Qeyri-iş günləri həmin günün dəyərini azaltmır. Hansısa bayramın gününü alıb digər bayramı qeyd etmək fikrini qəbul edə bilmərəm. Bu layihə sadəcə texniki xarakter daşıyır, uyğunlaşdırmadır”.

Qeyd edək ki, parlamentin bugünkü iclasında deputatlar Fazil Mustafa, Əli Məsimli və Sabir Rüstəmxanlı 18 Oktyabr - Müstəqilliyin Bərpası Gününün qeyri-iş günü olması təklifi ilə çıxış edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR