Əli Hüseynli: “Hazırda 294 mediator təlimdən keçib, sertifikatları var”

Milli Məclisin I vitse-spikeri Əli Hüseynli

© APA | Milli Məclisin I vitse-spikeri Əli Hüseynli

# 25 iyun 2021 13:07 (UTC +04:00)

“2019-cu ildə “Mediasiya haqqında” qanun qəbul edildi”.

APA-nın məlumatına görə, bunu Milli Məclisin bu gün keçirilən iclasında Azərbaycan Respublikasının Əmək Məcəlləsində, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsində, Azərbaycan Respublikasının Ailə Məcəlləsində, Azərbaycan Respublikasının Mülki Məcəlləsində, Azərbaycan Respublikasının Vergi Məcəlləsində, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsində, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində, Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsində, “Sosial sığorta haqqında”, “Tibbi sığorta haqqında”, “Dövlət rüsumu haqqında”, “Məhkəmə-Hüquq Şurası haqqında” və “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə” qanun layihəsi və “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” qanununun layihəsinin təqdimatında parlamentin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüsyenli bildirib.

Ə. Hüseynli deyib ki, faktiki olaraq bu qanun bu il iyulun 1-dən qüvvəyə minəcək: “Hazırda 294 mediator təlimdən keçib, sertifikatları var. Mediatorlar üçün 25 yaş, 3 il iş stajı tələbi qoyuldu, hüquq təhsili şərt kimi irəli sürülmədi. Ancaq buna baxmayaraq, sertifikat alanların yarıdan çoxu hüquqşünasdır”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR