Əli Hüseynli: “Şəhid ailələri və qazilərin ağır cinayət törətmiş yaxın qohumları ilə bağlı müraciətinə əfv məsələsi zamanı baxıla bilər”

Əli Hüseynli: “Şəhid ailələri və qazilərin ağır cinayət törətmiş yaxın qohumları ilə bağlı müraciətinə əfv məsələsi zamanı baxıla bilər”
# 05 noyabr 2021 13:24 (UTC +04:00)

“Biz bütün şəhid ailələri və qazilərin müraciətlərinə həssaslıqla yanaşırıq”.

APA-nın məlumatına görə, bunu Milli Məclisin bu gün keçirilən iclasında parlament sədrinin birinci müavini Əli Hüseynli deyib.

Deputat bildirib ki, onlar ağır və xüsusilə ağır cinayət törətmiş qohumları ilə bağlı Əfv Komissiyasının parlamentdən olan deputatlarına müraciət edə bilərlər: “1992-ci ildə olan amnistiya aktına ağır, xüsusilə ağır cinayət törətmiş şəxslər də daxil edilmişdi. Şəhid və qazi ailələrinin belə cinayət törətmiş yaxın qohumları ilə bağlı müraciətlərinə əfv məsələsi zamanı baxıla bilər”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR