Əli Hüseynli: “Vətən müharibəsindən sonra güc strukturlarının peşə bayramı xüsusi şəraitdə qeyd olunur”

Əli Hüseynli

© APA | Əli Hüseynli

# 02 iyul 2021 11:20 (UTC +04:00)

“Vətən müharibəsi bitdikdən sonra Azərbaycanda güc strukturlarının peşə bayramı xüsusi şəraitdə qeyd olunur. Çünki torpaqlarımız işğaldan azad olunub. Bu prosesdə güc strukturları da yaxından iştirak edib”.

APA-nın məlumatına görə, bunu Milli Məclisin bu gün keçirilən iclasında vitse-spiker Əli Hüseynli deyib.

Ə. Hüseynli bu gün Azərbaycan polisinin peşə bayramını qeyd etdiyini bildirib: “Birinci Qarabağ müharibəsində olduğu kimi, İkinci Qarabağ müharibəsində də polis əməkdaşları fədakarlıq göstərib, Vətəni müdafiə edib. 1993-cü ildə Ulu Öndər hakimiyyətə qayıdandan sonra da Azərbaycan polisi ictimai-siyasi sabitliyi qorumağa nail olub. Bütün parlament adından onları təbrik edək. Azərbaycan polisi bundan sonra Prezidentin siyasətinə, xalqımıza, dövlətimizə sədaqətlə xidmət edəcək”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR