Ərdoğanın Azərbaycan parlamentinin iclasında iştirakı ilə əlaqədar deputatlar koronavirus testindən keçəcək

Ərdoğanın Azərbaycan parlamentinin iclasında iştirakı ilə əlaqədar deputatlar koronavirus testindən keçəcək
# 14 iyun 2021 11:18 (UTC +04:00)

Koronavirus infeksiyası ilə əlaqədar Milli Məclisin deputatları bu gün və sabah mərhələli şəkildə tibbi test yoxlanışından keçəcəklər.

APA-nın məlumatına görə, bu, Milli Məclisin iyunun 16-da keçiriləcək iclası ilə bağlıdır.

Belə ki, Azərbaycanda səfərdə olacaq Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Milli Məclisin iyunun 16-da keçiriləcək iclasına qatılacaq və çıxış edəcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR