Ermənistanın Azərbaycana təcavüzünün nəticələrinin aradan qaldırılması üzrə 13 295 obyekt təmir və bərpa olunacaq

Əli Əsədov

© APA | Əli Əsədov

# 06 noyabr 2021 16:28 (UTC +04:00)

2020-ci il sentyabrın 27-dən başlayaraq Ermənistan Respublikası silahlı qüvvələrinin Azərbaycan ərazisinə təcavüzünün nəticələrinin aradan qaldırılması üzrə Dövlət Komissiyası tərəfindən 13 295 obyektin təmir və bərpası haqqında qərar qəbul edilib.

APA-nın məlumatına görə, bunu Baş nazir Əli Əsədov 2020-ci il sentyabrın 27-dən başlayaraq Ermənistan Respublikası silahlı qüvvələrinin Azərbaycan ərazisinə təcavüzünün nəticələrinin aradan qaldırılması üzrə Dövlət Komissiyasının fəaliyyətinin 1 ilinin yekunları ilə bağlı iclasda deyib.

Baş nazir bildirib ki, ötən dövr ərzində 12 125 obyektdə, yəni bütün obyektlərin 91,2%-də təmir, bərpa və tikinti işləri tam başa çatdırılıb.

Hazırda 1 094 obyektdə, yəni bütün obyektlərin 8.2%-də tikinti və təmir işləri davam etdirilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR