Gələn il deputatların maaşı üçün 5 milyon manatdan çox vəsait ayrılıb

Milli Məclis

© APA | Milli Məclis

# 13 noyabr 2021 14:49 (UTC +04:00)

Gələn il Milli Məclisin deputatlarının əməkhaqqı üçün ayrılan vəsait məlum olub.

APA-nın məlumatına görə, bu, “Milli Məclisin 2022-ci il üçün xərclər smetası haqqında” qanun layihəsində əksini tapıb.

Qanun layihəsinə əsasən, bu istiqamətə 5 382 624 manat ayrılıb.

Qeyd edək ki, ümumilikdə Milli Məclisin və onun aparatının 2022-ci il üçün xərclər smetası 42 036 822 manat vəsait ayrılıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR