Gülağa Aslanlının ürəyinə stent qoyulub

Müsavat Partiyası Mərkəzi İcra Aparatının rəhbəri Gülağa Aslanlı

© APA | Müsavat Partiyası Mərkəzi İcra Aparatının rəhbəri Gülağa Aslanlı

# 19 oktyabr 2021 19:22 (UTC +04:00)

Müsavat Partiyası Mərkəzi İcra Aparatının rəhbəri Gülağa Aslanlı Bakı Sağlamlıq Mərkəzində əməliyyat olunub.

APA-nın xəbərinə görə, bu barədə Müsavat Partiyasının başqanı Arif Hacılı bildirib.

Onun sözlərinə görə, Gülağa Aslanlı səhər saatlarında səhhətində yaranan problemlə bağlı həkimə müraciət edib.

A. Hacılı qeyd edib ki, G. Aslanlının ürəyinə iki stent qoyulub, əməliyyat uğurla keçib.

“Gülağa Aslanlının səhhəti normaldır, özünü yaxşı hiss edir. Sabah xəstəxanadan evə buraxılacaq”, - A. Hacılı vurğulayıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR