Hikmət Hacıyev beynəlxalq institutları media nümayəndələrinin ölümü ilə nəticələnən mina partlayışını pisləməyə çağırıb

Hikmət Hacıyev

© APA | Hikmət Hacıyev

# 04 iyun 2021 19:10 (UTC +04:00)

Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev beynəlxalq institutları Kəlbəcərdə üç mülki şəxsin ölümü ilə nəticələnən mina partlayışını pisləməyə çağırıb.

APA-nın xəbərinə görə, bu barədə Hikmət Hacıyev "Twitter"də bildirib.

"AzTV və "Azərtac"ın jurnalistləri Kəlbəcərdən qoşunlarını çıxararkən Ermənistan tərəfindən məqsədli şəkildə yerləşdirilmiş minanın qurbanı olub. Beynəlxalq institutları bu hadisəni pisləməyə və həmrəylik göstərməyə çağırırıq.

Sirac Abışov və Məhərrəm İbrahimov, ruhunuz şad olun. Allah rəhmət eləsin!" - deyə Hikmət Hacıyev qeyd edib.

Xatırladaq ki, iyunun 4-də Kəlbəcər rayonunun Susuzluq kəndi ərazisindəki yolda çəkiliş qrupunun üzvlərini aparan nəqliyyat vasitəsi tank əleyhinə minaya düşüb. Nəticədə “Azərtac”ın müxbiri Məhərrəm İbrahimov, AzTV-nin operatoru Sirac Abışov və Kəlbəcər RİH başçısının Susuzluq kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsinin müavini Arif Əliyev həlak olub, 4 nəfər yaralanıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR