İstanbuldakı Baş Konsulluğumuz: “Türkiyədə meşə yanğınlarında azərbaycanlılar arasında həlak olan və xəsarət alanlar yoxdur”

İstanbuldakı Baş Konsulluğumuz: “Türkiyədə meşə yanğınlarında azərbaycanlılar arasında həlak olan və xəsarət alanlar yoxdur”
# 30 iyul 2021 12:28 (UTC +04:00)

Türkiyənin turizm zonalarındakı meşə yanğınlarında azərbaycanlılar arasında həlak olan və xəsarət alanlar yoxdur.

APA-nın yerli bürosuna bu barədə Azərbaycanın İstanbuldakı Baş Konsulluğundan verilən məlumatda bildirilib.

Qeyd edilib ki, Baş Konsulluğun xidmət sahəsində olan Türkiyənin turizm bölgələrindəki müvafiq dövlət qurumları ilə də əlaqə saxlanılıb, yanğında zərər görmüş Azərbaycan vətəndaşları ilə bağlı konsulluğa hər hansı bir məlumat daxil olmadığı bildirilib.

Xatırladaq ki, Türkiyənin Antalya şəhəri və ətraf ərazilərində başlayan yanğın geniş miqyas alıb və digər şəhərlərə keçib. Meşə yanğınları nəticəsində dörd nəfər ölüb, xeyli heyvan tələf olub, onlarla ev, iaşə obyektləri yararsız vəziyyətə düşüb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR