“Karabakh.Center” resursunun müxtəlif dillərdə təqdimatı nəzərdə tutulur

Mikayıl Cabbarov

© APA | Mikayıl Cabbarov

# 30 iyun 2021 11:27 (UTC +04:00)

“Karabakh.Center” internet resursunun müxtəlif dillərdə təqdimatı nəzərdə tutulur.

APA-nın məlumatına görə, bunu “Karabakh.Center” internet resursunun təqdimat mərasimində iqtisadiyyat naziri, Qarabağ Dirçəliş Fondunun Müşahidə Şurasının sədri Mikayıl Cabbarov deyib.

Nazir bildirib ki, bu, təkcə onlayn şəkildə məhdudlaşmamalıdır: “Qarabağda baş verən dağıntıların miqyası dünyaya çatdırılmalıdır. Dağıdılmış abidələr bərpa olunacaq. Prezident İlham Əliyevin tapşırığı ilə bu iş həyata keçirilir. Qarabağ Dirçəliş Fondu bu cür layihələrə dəstək verməkdən qürur duyur”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR