Kənd Təsərrüfatı Nazirliyinə subsidiyalardan təyinatı üzrə istifadə etməyən fermerləri cərimələmək səlahiyyəti verilib

Kənd Təsərrüfatı Nazirliyinə subsidiyalardan təyinatı üzrə istifadə etməyən fermerləri cərimələmək səlahiyyəti verilib
# 12 iyun 2021 20:11 (UTC +04:00)

Kənd Təsərrüfatı Nazirliyinə kənd təsərrüfatı məhsulları istehsalının subsidiyalaşdırılması qaydasının pozulmasına görə cərimə tətbiq etmək səlahiyyəti verilib.

APA-nın məlumatına görə, bu, Prezident İlham Əliyevin imzaladığı fərmanla “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikasının 2015-ci il 29 dekabr tarixli 96-VQ nömrəli Qanununun tətbiqi barədə” fərmana edilən dəyişiklikdə əksini tapıb.

Beləliklə, kənd təsərrüfatı məhsulları istehsalının subsidiyalaşdırılması qaydasının pozulması ilə bağlı inzibati xətalar haqqında işlərə Kənd Təsərrüfatı Nazirliyi baxacaq.

Qeyd edək ki, İnzibati Xətalar Məcəlləsinə əlavə edilən yeni - 411-2 maddəyə əsasən, fermer tərəfindən “elektron kənd təsərrüfatı” informasiya sisteminə bilərəkdən yanlış məlumat daxil edilməklə subsidiya alınmasına, yaxud hesablarına köçürülən subsidiya məbləğindən təyinatı üzrə istifadə edilməməsinə görə xəbərdarlıq ediləcək və ya inzibati xəta nəticəsində vurulmuş ziyanın (əldə edilmiş gəlirin) 2 mislindən 4 mislinədək miqdarda cərimə tətbiq olunacaq.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR