Köçkünlərin Qarabağa qayıdışı ilə bağlı Əlaqələndirmə qərargahı çərçivəsində xüsusi işçi qrupu fəaliyyət göstərir - VİDEO

Emin Hüseynov

© APA | Emin Hüseynov

# 04 iyun 2021 14:57 (UTC +04:00)

“Əlaqələndirmə qərargahı çərçivəsində məcburi köçkünlərin və əhalinin repatriasiyası ilə bağlı xüsusi işçi qrupu fəaliyyət göstərir”.

APA-nın əməkdaşı xəbər verir ki, bunu Ağdam şəhəri daxil olmaqla Ağdam rayonunun işğaldan azad edilmiş hissəsində Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi Emin Hüseynov deyib.

Xüsusi nümayəndənin sözlərinə görə, ən vacib yanaşma ondan ibarətdir ki, burada həm dövlət, həm vətəndaş, həm də özəl qurumlar birgə fəaliyyət göstərməlidir: “Artıq bununla bağlı məcburi köçkünlər arasında ADA Universiteti tərəfindən onlayn sorğu və müsahibə-sorğular keçirilir. Burada məqsəd insanların yalnız fiziki olaraq bura köçməsi deyil, həm də burada müvafiq iş yerlərinin açılmasıdır. Bu proses davam edəcək. Prezidentin dediyi kimi, tək Ağdamı deyil, bütün Qarabağı cənnətə çevirəcəyik”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR