Mayın 28-i Müstəqillik Günü, oktyabrın 18-i Müstəqilliyin bərpası Günü elan ediləcək - YENİLƏNİB

Milli Məclis

© APA | Milli Məclis

# 06 oktyabr 2021 10:56 (UTC +04:00)

Mayın 28-i Müstəqillik Günü elan ediləcək.

APA-nın məlumatına görə, bu, Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin bu gün keçiriləcək iclasının gündəliyinə daxil edilən “Müstəqillik Günü haqqında” qanun layihəsində əksini tapıb.

Qanun layihəsinə əsasən, oktyabrın 18-i Müstəqilliyin Bərpası Günü elan olunacaq. Eyni zamanda Müstəqillik Günü və Müstəqilliyin Bərpası Günü hər il bayram kimi qeyd ediləcək.

Qeyd edək ki, indiyə qədər mayın 28-i Respublika Günü, oktyabrın 18-i Dövlət Müstəqilliyi Günü kimi qeyd olunurdu.

***

saat 10.39

Milli Məclisə “Müstəqillik Günü haqqında” qanun layihəsi daxil olub.

APA-nın məlumatına görə, bu, parlamentin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin 2021-ci il 6 oktyabr tarixli iclasının gündəliyinə daxil edilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR