Millət vəkili: “Azərbaycanda “Beşinci kolon” deyəndə hamı üzünü şimala yox, cənuba tutmalıdır”

Fazil Mustafa

© APA | Fazil Mustafa

# 30 sentyabr 2021 12:08 (UTC +04:00)

“Bu gün Azərbaycanda problemlərdən biri dini məsələlər ətrafında baş verən hadisələrdir”.

APA-nın məlumatına görə, bunu Milli Məclisin bu gün keçirilən iclasında Milli Məclisinin 2021-ci il payız sessiyasının qanunvericilik işləri planının müzakirəsi zamanı deputat Fazil Mustafa deyib.

Deputat təklif edib ki, bu təhlükəni görməyimiz vacibdir: “Bu gün Azərbaycan dövləti kifayət qədər güclüdür. Azərbaycanda “Beşinci kolon” deyiləndə hamı üzünü şimala tutur. Amma hamı üzünü cənuba tutmalıdır. Bununla bağlı nəzarət edən qurumların səlahiyyətləri artırılmalıdır”.

Deputat ölkədə sahibkarlıqla bağlı problemlərin olduğunu qeyd edib: “Artıq demək olar Azərbaycanda rəqabət mühiti yoxdur. Bu gün sahibkarların hamısı gileylənir, narazıdır. Rəqabət Məcəlləsinə yenidən baxmalı və bunu qəbul etməliyik. Çox istəyərdim ki, büdcə müzakirələrində müxalifət partiyalarına imkan yaradılsın ki, büdcə ilə bağlı fikirlərini səsləndirə bilsinlər. Bütün müxalifət partiyalarının təmsilçilərinə büdcə ilə bağlı çıxış etmək imkanı yaradılmalıdır”.

Spiker Sahibə Qafarova qeyd edib ki, həm büdcə, həm də hesabatların müzakirəsində siyasi partiyalara imkan yaradılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR