Millət vəkili: “Nazirliklərdə bizi heç qəbul etmirlər” - VİDEO - YENİLƏNİB

Deputat Sabir Rüstəmxanlı

© APA | Deputat Sabir Rüstəmxanlı

# 08 iyun 2021 14:13 (UTC +04:00)

“Deputat öz fəaliyyətini fasiləsiz həyata keçirə bilməlidir”.

APA-nın məlumatına görə, bunu Milli Məclisin bu gün keçirilən iclasında deputat Sabir Rüstəmxanlı deyib.

Deputat bildirib ki, deputat sorğusunun növü müəyyənləşdirilməlidir: “Nazirliklər gedən məktublara reaksiya verilməsində ciddi problemlər var. Cəmiyyətdə qanunverici orqanın nüfuzunu artırmalıyıq. Millət vəkillərinin heç birinə adi telefon kitabçası verilmir. Nazirlər Kabinetinin, Prezident Administrasiyasının, nazirliklərin telefonları bizdən gizlidir. Deputat ancaq sorğu əsasında sual verə, məsələ qaldıra bilər. Nazirliklərdə bizi heç qəbul etmirlər. Köməkçi telefonu açır, deyir əlaqə saxlayacağıq”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR