Milli Məclisdə siyasi vəzifələrlə bağlı qanun qəbul edilməsi təklif olunub

Milli Məclis

© APA | Milli Məclis

# 30 sentyabr 2021 12:51 (UTC +04:00)

“Siyasi partiyalarla bağlı qanun keçən əsrin əvvəlində qəbul edilib. Amma bu qanun hazırda siyasi sistemin tam fəlsəfəsinə uyğun gəlmir”.
APA-nın məlumatına görə, bunu Milli Məclisin bu gün keçirilən iclasında Milli Məclisinin 2021-ci il payız sessiyasının qanunvericilik işləri planının müzakirəsi zamanı deputat Ziyafət Əsgərov deyib.
Deputat təklif edib ki, siyasi partiyalarla bağlı yeni qanun qəbul edilsin: “Yeni qanunda yeni dövrün tələblərinə uyğunlaşdırılmalıdır. İkinci təklifim siyasi vəzifələrlə bağlı qanunun qəbul edilməsi ilə bağlıdır. Bizdə hələ indiyə qədər belə qanun qəbul edilməyib. Bizdə məlum deyil ki, dövlət qulluğunda olan 19 təsnifata daxil olanlardan hansı siyasi vəzifədir”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR