Milli Məclisin sabaha nəzərdə tutulan iclası keçirilməyəcək

Milli Məclisin sabaha nəzərdə tutulan iclası keçirilməyəcək
# 17 noyabr 2021 16:53 (UTC +04:00)

“Milli Məclisin sabah iclası olmayacaq”.

APA-nın məlumatına görə, bunu Milli Məclisin bu gün keçirilən iclasında parlamentin sədri Sahibə Qafarova deyib.

Sədr bildirib ki, növbəti iclasla bağlı məlumat veriləcək.

Qeyd edək ki, Milli Məclisdə gələn il üçün büdcə zərfinin müzakirəsi ilə əlaqədar 16, 17 və 18 noyabr tarixlərində iclasların keçirilməsi nəzərdə tutulmuşdu.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR