MM “Azərbaycanın mədəniyyət paytaxtı-Şuşa şəhəri haqqında” qanunu qəbul edib - YENİLƏNİB

MM “Azərbaycanın mədəniyyət paytaxtı-Şuşa şəhəri haqqında” qanunu qəbul edib - YENİLƏNİB
# 31 may 2021 11:48 (UTC +04:00)

“Azərbaycanın mədəniyyət paytaxtı - Şuşa şəhəri haqqında” qanun layihəsi parlamentdə müzakirə olunub.

APA-nın məlumatına görə, qanun layihəsi müzakirələrdən sonra səsə qoyularaq üçüncü oxunuşda qəbul edilib.

***

11.35

Milli Məclisin bu gün keçirilən iclasında “Azərbaycanın mədəniyyət paytaxtı - Şuşa şəhəri haqqında” qanun layihəsi üçüncü oxunuşda müzakirəyə çıxarılıb.

APA-nın məlumatına görə, qanun layihəsini Milli Məclisin Mədəniyyət komitəsinin sədri Qənirə Paşayeva təqdim edib.

Komitə sədri bildirib ki, qanun layihəsi 15 maddədən ibarətdir.

Qanun layihəsinə əsasən, Azərbaycanın mədəniyyət paytaxtı Şuşa şəhərinin inzibati sərhədləri daxilində Şuşa şəhəri Dövlət Qoruğu yaradılacaq.

Şuşa şəhərinin inzibati sərhədlərinə bitişik yerləşən və onunla təbii landşaft, sosial, tarixi, mədəni və ya təsərrüfat bağlılığı olan və ya Şuşa şəhəri Dövlət Qoruğunun mühafizəsi, qorunması və ya inkişafı üçün əhəmiyyətə malik olan ərazilərdə publik hüquqi şəxs tərəfindən mühafizə zonasının sərhədləri müəyyən ediləcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR