MM-də təmsil olunan partiya, komitə sədrlərinin və ölkədəki politoloqların iştirakı ilə YAP-da tədbir keçiriləcək

Tahir Budaqov

© APA | Tahir Budaqov

# 20 oktyabr 2021 11:51 (UTC +04:00)

“İlk dəfə olaraq, YAP-da parlamentdə təmsil olunan bütün partiya sədrlərinin, komitə sədrlərinin və ölkədə fəaliyyət göstərən bütün politoloqların iştirakı ilə tədbir keçirəcəyik”.

APA-nın məlumatına görə, bunu YAP sədrinin müavini- Mərkəzi Aparatın rəhbəri Tahir Budaqov “Gender bərabərliyinin və qadın hüquqlarının təşviqində vətəndaş cəmiyyətinin rolu” mövzusunda keçirilən konfransda deyib.

T. Budaqov bildirib ki, YAP-da keçiriləcək tədbirdə bütün sahələrdə vahid mövqedən çıxış etmək, siyasi konfiqurasiyada edilən dəyişikliklər və s. mövzularda müzakirələr aparılacaq.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR