MM-in İctimai birliklər və dini qurumlar komitəsinə yeni üzv seçilib

Azay Quliyev, Milli Məclisin deputatı

© APA | Azay Quliyev, Milli Məclisin deputatı

# 11 oktyabr 2021 17:02 (UTC +04:00)

Milli Məclisin İctimai birliklər və dini qurumlar komitəsinə yeni üzv seçilib.
APA-nın məlumatına görə, Milli Məclisin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan “Azərbaycan Respublikası Milli Məclisinin İctimai birliklər və dini qurumlar komitəsinin üzvünün seçilməsi haqqında” layihəyə əsasən, Azay Quliyevin Milli Məclisinin İctimai birliklər və dini qurumlar komitəsinə üzv seçilməsi təklif olunub.
Layihə səsə qoyularaq bir oxunuşda qəbul edilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR