MM-in komitə sədri: “Hərbi qulluqçuların dövlət icbari şəxsi sığortası haqqında” qanun layihəsində hərbçilər üçün böyük təminatlar nəzərdə tutulub”

Ziyafət Əsgərov

© APA | Ziyafət Əsgərov

# 11 noyabr 2021 12:36 (UTC +04:00)

MM-in komitə sədri: ““Hərbi qulluqçuların statusu haqqında” qanun layihəsi qəbul ediləcək”

“Müdafiə və təhlükəsizlik üçün gələn il büdcədən 4,5 milyard manat ayrılıb. Biz bu vəsaitin digər istiqamətlərə ayrılmasını istərdik, amma necə edək ki, Ermənistan kimi qonşumuz var”.

APA-nın məlumatına görə, bunu bu gün Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu, Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə, İnsan hüquqları, Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitələrin və İntizam komissiyasının birgə iclasında “Azərbaycan Respublikasının 2022-ci il dövlət büdcəsi haqqında” qanun layihəsinin müzakirəsi zamanı parlamentin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin sədri Ziyafət Əsgərov bildirib.

Z. Əsgərov deyib ki, müharibə iqtisadi baxımdan asan başa gəlməyib: “Bir avtomat darağı neçəyədir? Bunu mənə açıqladılar, onu demək istəmirəm. Hələ başqa silahlar, sursatlar və texnikanı demirəm. Bunun qarşılığında qalib olduğumuz Vətən müharibəsindən sonra hökumətin belə bir büdcə təqdim etməsi böyük nailiyyətdir”.

Parlamentin komitə sədri qeyd edib ki, “Hərbi qulluqçuların statusu haqqında” qanun layihəsi də müzakirəyə çıxarılaraq qəbul ediləcək: ““Hərbi qulluqçuların dövlət icbari şəxsi sığortası haqqında” qanuna dəyişikliklər bizim komitədə müzakirəyə çıxarılıb və büdcə zərfi ilə birlikdə parlamentin plenar iclasında müzakirə olunacaq. Bu qanunda da hərbi qulluqçular üçün böyük təminatlar nəzərdə tutulub”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR