MSK sədri: “Seçki komissiyalarının rəhbərliyini yoxlamadan keçirməyə çalışacağıq”

MSK sədri: “Seçki komissiyalarının rəhbərliyini yoxlamadan keçirməyə çalışacağıq”

© APA | MSK sədri Məzahir Pənahov

# 03 sentyabr 2021 16:20 (UTC +04:00)

“Bəzən xoşagəlməz hallarla bağlı hansısa dairə və məntəqə seçki komissiyasını buraxırıq”.

APA-nın məlumatına görə, bunu bu gün Mərkəzi Seçki Komissiyasının (MSK) iclasında MSK sədri Məzahir Pənahov bildirib.

MSK sədri deyib ki, dairə və məntəqə seçki komissiyalarına layiqli üzvlər seçilməlidir: “Dairə və məntəqə seçki komissiyalarının rəhbərliyini, o cümlədən imkan daxilində üzvləri yoxlamadan keçirməyə çalışacağıq. Çalışmalıyıq ki, hansısa xoşagəlməz hallar gələcəkdə baş verməsin”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR