Nazir: ““Karabakh.Center” platforması həqiqətlərin dünyaya düzgün çatdırılmasında böyük rol oynayacaq”

Muxtar Babayev

© APA | Muxtar Babayev

# 30 iyun 2021 11:39 (UTC +04:00)

“Qarabağ Dirçəliş Fondunun yaradılması bizim Qarabağa qayıtmağımızın rəmzidir”.

APA-nın məlumatına görə, bunu “Karabakh.Center” internet resursunun təqdimat mərasimində ekologiya və təbii sərvətlər naziri, Qarabağ Dirçəliş Fondunun Müşahidə Şurasının üzvü Muxtar Babayev deyib.

Nazir bildirib ki, Azərbaycanın I Vitse-prezidenti Mehriban Əliyevanın təşəbbüsü ilə “Karabakh.Center” internet resursunun yaradılması çox böyük hadisədir: “Bu platforma həqiqətlərin dünya ictimaiyyətinə düzgün çatdırılmasında böyük rol oynayacaq. Qarabağ bölgəsi təbii sərvətlər baxımından çox əhəmiyyətlidir. Hazırda “Qırmızı kitab”ın üçüncü nəşrinin hazırlanmasına başlanılır. Qarabağ bölgəsinin fauna və florasının qiymətləndirilməsi prosesinə başlanılıb. Bu ərazilərdə həm içməli su, həm kənd təsərrüfatı, həm də elektrik enerjisi alınması üçün su ehtiyatları var. Su ehtiyatlarının 40%-i işğaldan azad olunmuş ərazilərin payına düşür. Ekoloji cəhətdən böyük termal sularının istifadəsi də böyük əhəmiyyət kəsb edir. Azərbaycanın çaylarının Ermənistan tərəfindən çirklənməsi davam edir. Transsərhəd çaylarının Ermənistan tərəfindən çirkləndirilməsinə son qoyulmalıdır. Dünya ictimaiyyətinin diqqəti buna yönəldilməlidir. Bu ərazilərdə yaşıl enerji zonasının yaradılması regionun unikal təbiətinin qorunmasına səbəb olacaq”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR