Nuru Paşaya heykəl qoyulması məsələsi parlamentdə qaldırılıb - VİDEO - YENİLƏNİB

Məlahət İbrahimqızı, Milli Məclisin deputatı

© APA | Məlahət İbrahimqızı, Milli Məclisin deputatı

# 02 iyul 2021 11:43 (UTC +04:00)

“2018-ci ildə Azərbaycanda Türkiyə Prezidentinin iştirakı ilə Bakının işğaldan azad olunmasının 100 illiyi münasibətilə parad keçirdik”.

APA-nın məlumatına görə, bunu Milli Məclisin bu gün keçirilən iclasında deputat Məlahət İbrahimqızı deyib.

Deputat bildirib ki, bir neçə aydan sonra yenidən Bakının işğaldan azad olunması qeyd olunacaq: “Amma Bakının azad olunmasında müstəsna xidmətləri olmuş Nuru Paşa və onun ordusuna bu günə qədər də abidə qoyulmayıb. Bununla bağlı icra strukturları heç bir məlumat vermir. Bu, Türkiyə-Azərbaycan qardaşlığına laqeyd yanaşmadır. Daha bir təklifim seçildiyim Nəsimi rayonu ilə bağlıdır. 4-cü mikrorayonda 1973-cü ildə Ulu Öndərin açdığı Uşaq kitabxanası var. Çox təəssüf ki, kitabxana darmadağın vəziyyətdədir. Kitabxanada çox nadir kitablar var. Mədəniyyət Nazirliyinə müraciət edirəm ki, bu məsələ tezliklə həllini tapsın".

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR