Parlament Vətən müharibəsinin ildönümü ilə bağlı bəyanat qəbul edəcək

Milli Məclis

© APA | Milli Məclis

# 24 sentyabr 2021 15:40 (UTC +04:00)

Azərbaycan Milli Məclisi Vətən müharibəsinin başlanmasının ildönümü ilə bağlı bəyanat qəbul edəcək.

APA-nın xəbərinə görə, bu məsələ parlamentin payız sessiyasının ilk plenar iclasının gündəliyinə daxil edilib.

İclasda Azərbaycan xalqının Vətən müharibəsinin başlanmasının ildönümü ilə əlaqədar Milli Məclisin Bəyanatı səsləndiriləcək və qəbul ediləcək.

Qeyd edək ki, Milli Məclisin payız sessiyasının ilk plenar iclası sentyabrın 30-da keçiriləcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR