Parlamentin yaz sessiyasının son iclasının gündəliyi açıqlanıb

Milli Məclis

© APA | Milli Məclis

# 27 may 2021 17:44 (UTC +04:00)

Milli Məclisin mayın 31-də keçiriləcək iclasının gündəliyi açıqlanıb.

APA xəbər verir ki, gündəliyə aşağıdakı məsələlər daxil edilib:

1. “Azərbaycanın mədəniyyət paytaxtı – Şuşa şəhəri haqqında” Azərbaycan Respublikası qanununun layihəsi (üçüncü oxunuş).

2. “Elektrik enerjisi istehsalında bərpa olunan enerji mənbələrindən istifadə haqqında” Azərbaycan Respublikası qanununun layihəsi (üçüncü oxunuş).

3. “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi (üçüncü oxunuş).

4. “Azərbaycan Respublikasının 2020-ci il dövlət büdcəsinin icrası haqqında” Azərbaycan Respublikası qanununun layihəsi (ikinci oxunuş).

5. “Kredit ittifaqları haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi (ikinci oxunuş).

6. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası qanununun layihəsi (ikinci oxunuş).

Qeyd edək ki, bu, Milli Məclisin yaz sessiyasında son iclasıdır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR