Polkovnik: “Bugünkü zəfərimiz Azərbaycan himninin bütün sözlərinə cavab verir”

Polkovnik Şair Ramaldanov

© APA | Polkovnik Şair Ramaldanov

# 21 oktyabr 2021 12:08 (UTC +04:00)

“Aprel və Tovuz hadisələrindən sonra barıt qoxusu gəlməyə başlamışdı. Hamımız müharibənin olacağını hiss edirdik”.

APA-nın məlumatına görə, bunu ehtiyatda olan polkovnik Şair Ramaldanov Yeni Azərbaycan Partiyasında keçirilən “Vətən Müharibəsi: “Prezident-Xalq-Ordu birliyinin möhtəşəm rəmzi” mövzusunda dəyirmi masada deyib.

Polkovnik bildirib ki, alınan müasir silahlar nəticəsində Azərbaycan Ordusu müasir ordular sırasında inkişaf etməyə başlayıb.

Ş. Ramaldanov qeyd edib ki, bu gün bizə zəfəri qazandıran Birinci Qarabağ müharibəsində ayağı parçalanan ataların oğulları idi: “Torpaqların azad edilməsi bizim üçün prioritet məsələsi idi. Biz gənclərimizi bu ruhda yetişdirə bildik. Bizim gənclər nəinki vətəni işğalçılardan azad etməyə, nəinki düşməni darmadağın etməyə qadirdir, onlar eyni zamanda Azərbaycanı bundan sonra böyük uğurlara apara biləcəklər. Bizim bugünkü zəfərimiz Azərbaycan himninin bütün sözlərinə cavab verir”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR