Prezident İlham Əliyev 9 noyabr – Azərbaycan Respublikasının Dövlət Bayrağı Günü münasibəti ilə paylaşım edib.
APA xəbər verir ki, dövlət başçısı özünün rəsmi tvitter səhifəsində Cıdır düzü fonunda üçrəngli bayrağımızın dalğalandığı əks olunan foto paylaşıb.