Prezidentin köməkçisi Azərbaycan Ordusunun Ermənistanla sərhəddən geri çəkilməsi barədə məlumatlara münasibət bildirib - YENİLƏNİB

Hikmət Hacıyev

© APA | Hikmət Hacıyev

# 02 dekabr 2021 15:26 (UTC +04:00)

“Ermənistan mediasında kifayət qədər dezinformasiya və feyk-nyus xarakterli məlumatlar çox yayılır. Azərbaycan mediasına da fürsətdən istifadə edərək müraciət etmək istəyərdim ki, Ermənistan mediasına istinadlarımızı minimuma endirək”.

APA-nın məlumatına görə, bunu Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Azərbaycan Ordusunun Laçın və Kəlbəcər istiqamətində geri çəkilməsi barədə Ermənistan mətbuatında yayılan məlumatlara münasibət bildirərkən söyləyib.

H. Hacıyev deyib ki, Ermənistan mediasında kifayət qədər saxta, yalan məlumat yayılır: “Bu, Ermənistanın daxilində gedən proseslərlə də əlaqədardır. Müxtəlif qruplar tərəfindən Ermənistanda daxili istehlak naminə bu qəbildən olan məlumatlar yayılmaqdadır. Qeyd olunan konkret məlumata gəlincə, bizdə belə bir məlumat yoxdur. Hazırda vəziyyət sərhəddə sabit olaraq qiymətləndirilir. Azərbaycan hərbi qulluqçuları da ölkəmizin suveren ərazilərində öz xidmətlərini həyata keçirirlər”.

***

13.27

“Ermənistan mediasında kifayət qədər “fake news” xarakterli məlumatlar yayılır”.

APA-nın məlumatına görə, bunu Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev jurnalistlərə açıqlamasında bildirib.

O Azərbaycan media mənsublarına müraciət edib: “Ermənistan mediasına istinadları minimuma endirək. Çünki kifayət qədər saxta, yalan məlumatlar yayılır. Bu, Ermənistanın daxilində gedən proseslərlə bağlıdır. Ermənistanın öz daxilində müxtəlif daxili istehlak naminə və bu qəbildən olan məlumatlar atılmaqdadır”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR