Prezidentin xüsusi nümayəndəsi: "Ağdamda işləyəcək şirkətlər üçün geniş imkanlar yaradılacaq" - VİDEO

Prezidentin xüsusi nümayəndəsi Emin Hüseynov

© APA | Prezidentin xüsusi nümayəndəsi Emin Hüseynov

# 04 iyun 2021 14:59 (UTC +04:00)

"Ağdamda mövcud olan faydalı təbbi qazıntılar həmin müqayisəli üstünlüyün reallaşması üçün zəmin yaradır".

APA-nın əməkdaşı xəbər verir ki, bunu Ağdam şəhəri daxil olmaqla Ağdam rayonunun işğaldan azad edilmiş hissəsində Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi Emin Hüseynov deyib.

Ağdam rayonunun tarixən coğrafi olaraq Qarabağın ən böyük rayonu olduğunu bildirən xüsusi nümayəndə bildirib ki, Ağdam kənd təsərrüfatı və emal sənayesi üzrə daha çox ixtisaslaşıb.

Emin Hüseynov qeyd edib ki, burada həmçinin tikinti materialları bazarının inkişafı üçün də şərait var.

Xüsusi nümayəndə vurğulayıb ki, Prezident İlham Əliyev şəhərə səfər edərkən burada 190 hektar sahədə yaradılacaq sənaye parkının təməlini qoyub: "Artıq bununla bağlı İqtisadiyyat Nazirliyi və digər müvafiq qurumlarla birgə orada fəaliyyət göstərmək istəyən şirkətlərin siyahısı qəbul olunur. Onlara tətbiq olunan güzəştlər də bəllidir".

Emin Hüseynov həmçinin burada işləyəcək şirkətlər üçün çox geniş imkanlar yaradılacağını da qeyd edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR