Prezidentin xüsusi nümayəndəsi: “Ağdamın cənnətə çevrilmiş halını görəcəyik” - VİDEO

Prezidentin xüsusi nümayəndəsi: “Ağdamın cənnətə çevrilmiş halını görəcəyik” - <span class="red_color">VİDEO

© APA | Emin Hüseynov, Ağdam şəhəri daxil olmaqla Ağdam rayonunun işğaldan azad edilmiş hissəsində Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi

# 04 iyun 2021 16:36 (UTC +04:00)

“Ağdam şəhərinin Baş Planı təqdim olunub, rayonda müəyyən quruculuq, bərpa işləri aparılır”.

Bunu APA-nın əməkdaşına açıqlamasında Ağdam şəhəri daxil olmaqla Ağdam rayonunun işğaldan azad edilmiş hissəsində Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi Emin Hüseynov bildirib.

Prezidentin xüsusi nümayəndəsi qeyd edib ki, Ağdamda bir çox işlər kompleks şəkildə həyata keçirilir: “Ərazinin minalardan, hərbi sursatlardan təmizlənməsi fasiləsiz olaraq davam etdirilir. Eyni zamanda, istər iqtisadi, istər ekoloji, istər mədəni irsimizə dəymiş ziyanın qiymətləndirilməsi prosesi gedir. Bərpa işləri ilə əlaqədar müəyyən şəhərsalma və planlaşdırma işləri aparılır. Həm kənd təsərrüfatı, həm meliorasiya, həm ekoloji sahələrdə müəyyən planlaşdırma, hazırlıq işləri aparılır. Bütün bu işlər Azərbaycan Prezidentinin tapşırığı ilə yaradılmış Əlaqələndirmə Qərargahı tərəfindən əlaqələndirilir. Təməli qoyulmuş layihələr üzrə işlər başlanılıb, bütün işlər planlı, mərhələli şəkildə həyata keçiriləcək. Bu işlər təkcə Ağdam şəhərinin deyil, ümumən Ağdam rayonunun ümumi planı əsasında təşkil olunacaq. Sözsüz ki, bu prosesdə beynəlxalq təcrübədən də istifadə olunur”.

E. Hüseynov deyib ki, bir ağdamlı, qarabağlı, azərbaycanlı olaraq bu günləri, bu anları həmişə arzulayıb: “Şükürlər olsun, mən çox sevinirəm ki, bu gün biz belə bir möhtəşəm anı yaşayırıq. Bu günü gördük, arzum budur və inşaallah, Ağdamın cənnətə çevrilmiş halını da görəcəyik”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR