Qarabağ Dirçəliş Fondu yeni loqotipi üzrə təklifləri qəbul edir

Qarabağ Dirçəliş Fondu yeni loqotipi üzrə təklifləri qəbul edir
# 24 may 2021 15:22 (UTC +04:00)

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Fərmanı ilə yaradılan Qarabağ Dirçəliş Fondunun yeni loqotipi hazırlanacaq.

Fonddan APA-ya verilən məlumata görə, Fond bu məqsədlə hər kəsi özünün yeni yaranacaq loqotipinin dizaynının hazırlanmasında iştirak etməyə dəvət edir.

Məlumatda bildirilir ki, loqotip sadə olmalıdır.

Daha öncə hər hansı bir yerdə istifadə olunmuş loqotipin təqdim edilməsi yolverilməzdir.

Loqotipin qısa, izahedici mətnlə birlikdə göndərilməsi arzuolunandır.

Hazırlanan işlər ad, soyad, əlaqə nömrəsi də əlavə edilməklə [email protected] elektron ünvanına göndərilməlidir.

Ən yaxşı layihələr rəsmi loqotipin seçilməsi zamanı Fondun rəhbərliyi tərəfindən nəzərə alınacaq. Seçilən loqotipin müəllifi isə Fond tərəfindən mükafatlandırılacaq. Rəsmi loqotipin seçilməsi haqqında son qərarı daxili prosedurlara uyğun olaraq Fondun rəhbərliyi verəcək.

Qeyd edilib ki, Qarabağ Dirçəliş Fondunun hazırda istifadə etdiyi loqotip müvəqqətidir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR