Qarabağın bütün ərazisini əhatə edən ümumi plan hazırlanır

Qarabağın bütün ərazisini əhatə edən ümumi plan hazırlanır
# 30 iyul 2021 11:51 (UTC +04:00)

"Qarabağın bütün ərazisini əhatə edən ümumi plan hazırlayırıq".

Bunu Füzuliyə ezam edilmiş APA-nın əməkdaşına açıqlamasında Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədrinin müavini Dövlətxan Dövlətxanov bildirib.

Onun sözlərinə görə, orada bütün infrastruktur, yaşayış məntəqələri və magistral yollar, elektrik və digər kommunikasiyalar göstərilib: "Hazırda plan bütün aidiyyəti nazirliklərlə razılaşdırmaqla işlənir. Bütün razılaşdırmaları noyabr ayına başa çatdırmağı planlaşdırırıq".

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR