Qənirə Paşayeva məmurları tənqid edib: "Bundan sonra adlarını da çəkəcəyəm" - VİDEO - YENİLƏNİB

Qənirə Paşayeva məmurları tənqid edib: "Bundan sonra adlarını da çəkəcəyəm" - <span class="red_color">VİDEO</span> - <span class="red_color">YENİLƏNİB</span>

© APA | Deputat Qənirə Paşayeva

# 08 iyun 2021 12:13 (UTC +04:00)

“Bu gün söz almağımın əsas səbəbi ötən iclaslarda hökumət qarşısında qaldırdığım məsələlərə nə yazılı, nə şifahi cavab almamağımdır”.

APA-nın məlumatına görə, bunu Milli Məclisin bu gün keçirilən iclasında deputat Qənirə Paşayeva deyib.

Deputat bildirib ki, burada bəzi məsələlərin qaldırılmasının səbəbi məmurlardır: “Çünki bəzi məsələləri 2-3 dəfə qaldırıram, bu zaman qurumlardan belə cavab verilir ki, bunu 3 dəfə qaldırmısınız, daha qaldırmayın. Bunu demək doğru deyil. Mənim burada hansı məsələni qaldıracağımı hansısa məmur müəyyən etmir, seçicilərim müəyyən edir. Seçicim mənə müraciət edir ki, I Qarabağ müharibəsi qazisidir, əlində məhkəmə kağızı var, amma qurumlardan cavab ala bilmir. Qurumlara müraciət edirəm, deyirlər baxılacaq. Nə vaxt baxılacaq, niyə baxılmır? Adam deyir ki, məhkəmənin qərarı yerinə yetirilmir. Bundan sonra vətəndaşa necə deyə bilərəm ki, məhkəmələrə inansın”.

Deputat Göytəpə arxeoloji parkının qurulmamasından da şikayət edib: “Halbuki bununla bağlı Prezidentin sərəncamı var.”

Deputat bildirib ki, dövlət məmuru öncə insanla, vətəndaşla danışmağı öyrənməlidir: “Deputatla danışanda üslüblarına diqqət etsinlər. Bundan sonra onların adlarını da çəkəcəyəm”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR