"Qida təhlükəsizliyi haqqında” qanun layihəsi hazırlanıb

Deputat Tahir Rzayev

© APA | Deputat Tahir Rzayev

# 01 sentyabr 2021 12:11 (UTC +04:00)

"Payız sessiyasında Milli Məclisin Aqrar siyasət komitəsində günün tələblərinə uyğun mövzularla bağlı dinləmələrin keçirilməsi nəzərdə tutulur”.

Bunu APA-ya açıqlamasında komitə sədri Tahir Rzayev deyib.

Komitə sədri bildirib ki, bu dinləmələrdən biri Kənd Təsərrüfatı Nazirliyi ilə keçirilə bilər: “Artıq müvafiq orqanlarla danışmışıq. Bir neçə dəfə “Qida təhlükəsizliyi haqqında” qanun layihəsi qanunvericilik işlər planına daxil olsa da, qanun layihəsi ekspertlər tərəfindən tam hazırlanmamışdı deyə, müzakirəyə çıxarılmırdı. Dünən məlum oldu ki, qanun layihəsi artıq hazırdır və parlamentə daxil olacaq.

“Qida təhlükəsizliyi haqqında” qanun layihəsini iş planına salacağıq. Bu, çox əhəmiyyətli qanun layihəsidir. Qanun layihəsi bugünkü reallıqlarla ayaqlaşır. Çünki insanların normal qidalanması, qidaların təhlükəsizliyi və keyfiyyətli olması çox vacib məsələdir”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR