Qüdrət Həsənquliyev 28 mayın Müstəqillik Günü elan edilməsi ilə bağlı iradlara cavab verib

Qüdrət Həsənquliyev

© APA | Qüdrət Həsənquliyev

# 11 oktyabr 2021 12:13 (UTC +04:00)

“Əslində, dövlətlər quruluşuna görə unitar, federativ, konfederativ, formasına görə isə respublika, monarxiya və s. olur”.

APA-nın məlumatına görə, bunu Milli Məclisin bu gün keçirilən iclasında “Müstəqillik Günü haqqında” qanun layihəsinin müzakirəsi zamanı parlamentin Hüquq siyasəti də dövlət quruculuğu komitəsinin sədr müavini Qüdrət Həsənquliyev deyib.

Deputat bildirib ki, biz SSRİ-nin tərkibindən çıxmaqla öz müstəqilliyimizi bərpa etmişik: “Ona görə də 1918-ci ilin 28 mayının Müstəqillik Günü elan edilməsi çox əhəmiyyətlidir. Biz bu tarixdə müstəqil dövlət olduq. O vaxt dövlət idarəetməsinin respublika şəklində olması ikinci dərəcəli məsələ idi. Azərbaycanda o vaxt dövlət yox idi ki, onu devirib respublika elan edək. Biz dövlət müstəqilliyimizdən danışarkən o günü bizə bəxş edən insanları xatırlamalıyıq. Azərbaycan Respublikası dövlət olaraq, 1918-ci il mayın 28-də elan olunub, bu, Müstəqillik Günüdür. 1991-ci ilin 18 oktyabrında isə müstəqilliyimizi bərpa etmişik. Hər iki məsələ layihədə çox düzgün qoyulub. Bununla bağlı sosial şəbəkələrdə manipulyasiya etmək istəyən şəxslər var. Onlara üzümü tutub deyirəm ki, əslində, müstəqilliyin elan olunması tarixi baxımdan daha mühümdür, daha möhtəşəm hadisədir”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR