Ramiz Göyüşov YAP-dan çıxarılıb - YENİLƏNİB

Ramiz Göyüşov

© APA | Ramiz Göyüşov

# 10 sentyabr 2021 15:37 (UTC +04:00)

YAP Binəqədi rayon təşkilatının sabiq sədri Ramiz Göyüşov partiyadan xaric edilib.

APA-nın məlumatına görə, bu barədə qərar YAP İdarə Heyətinin bu gün keçirilən iclasında qəbul edilib.

***

15.00

Yeni Azərbaycan Partiyası (YAP) İdarə Heyətinin iclası keçirilir.

APA-nın məlumatına görə, iclasın gündəliyinə YAP Binəqədi rayon təşkilatının keçmiş sədri Ramiz Göyüşovun partiyadan xaric edilməsi məsələsinə baxılır.

İclasın gündəliyinə YAP-ın Bakı rayon təşkilatının sədrlərinin təyinatı məsələsi də daxildir.

***

07.58

Bu gün Yeni Azərbaycan Partiyası (YAP) İdarə Heyətinin iclası keçiriləcək.

APA-nın məlumatına görə, iclasın gündəliyinə YAP Binəqədi rayon təşkilatının keçmiş sədri Ramiz Göyüşovun YAP-dan xaric edilməsi məsələsi daxil edilib.

İclasda YAP Binəqədi rayon təşkilatının yeni sədrinin təyinatı məsələsinə də baxılacaq.

Qeyd edək ki, Ramiz Göyüşovun sosial şəbəkələrdə qeyri-əxlaqi videoları yayılıb.

YAP-dan bildirilib ki, Ramiz Göyüşovun YAP Binəqədi rayon təşkilatının sədri kimi səlahiyyətlərinə cari ilin 30 iyun tarixində keçirilmiş hesabat konfransında xitam verilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR