Samir Şərifov hüquq-mühafizə orqanlarının əməkdaşlarının da maaşlarının artırılacağını bildirib

Samir Şərifov hüquq-mühafizə orqanlarının əməkdaşlarının da maaşlarının artırılacağını bildirib
# 11 noyabr 2021 13:35 (UTC +04:00)

“Dövlət başçısının sərəncamına əsasən, büdcədə müvafiq vəsait nəzərdə tutulub və əməkhaqları artırılacaq. Bu, hüquq-mühafizə orqanlarının əməkdaşlarına da şamil olunacaq”.

APA-nın məlumatına görə, bunu bu gün Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu, Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə, İnsan hüquqları, Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitələrinin və İntizam komissiyasının birgə iclasında “Azərbaycan Respublikasının 2022-ci il dövlət büdcəsi haqqında” qanun layihəsinin müzakirəsi zamanı maliyyə naziri Samir Şərifov bildirib.

Qeyd edək ki, müzakirələr zamanı deputatlar polis və Fövqəladə Hallar Nazirliyinin əməkdaşlarının maaşlarının artırılmasını təklfi edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR