Siyasi partiyaların təmsilçiləri Bakıda Türk şəhidliyini ziyarət edib - FOTO

Siyasi partiyaların təmsilçiləri Bakıda Türk şəhidliyini ziyarət edib - FOTO

© APA | Siyasi partiya təmsilçilərinin Bakıda Türk şəhidliyini ziyarəti

# 15 sentyabr 2021 12:11 (UTC +04:00)

Azərbaycanda bir qrup siyasi partiyaların nümayəndələri Bakının işğaldan azad olunmasının 103-cü ildönümü münasibətilə Türk şəhidliyini ziyarət ediblər.

APA-nın məlumatına görə, ziyarətdə Yeni Azərbaycan Partiyasının sədr müavini - Mərkəzi Aparatın rəhbəri Tahir Budaqov, Vətəndaş Həmrəyliyi Partiyasının sədri Sabir Rüstəmxanlı, Ana Vətən Partiyasının sədri Fəzail Ağamalı, Böyük Quruluş Partiyasının sədri Fazil Mustafa, Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədri Qüdrət Həsənquliyev, Azərbaycan Sosial Rifah Partiyasının sədri Əsli Kazımova, REAL Partiyasının üzvləri Erkin Qədirli və Natiq Cəfərli, Böyük Azərbaycan Partiyasının sədri Elşad Musayev iştirak ediblər.

Ziyarətçilər sırasında partiyaların rəhbər şəxsləri ilə yanaşı, digər üzvləri də olub.

Onlar abidənin önünə gül düzüb, şəhidlərin xatirəsinə ehtiramlarını bildiriblər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR