Siyavuş Novruzov: “Dörd prinsipial məsələ üzrə işimizi yaxşı qurmalıyıq” - VİDEO

Siyavuş Novruzov: “Dörd prinsipial məsələ üzrə işimizi yaxşı qurmalıyıq” - VİDEO
# 25 may 2021 13:08 (UTC +04:00)

Mətnə video əlavə olunub.

* * *

11:14

“Dörd prinsipial məsələ üzrə işimizi yaxşı qurmalıyıq”.

APA-nın məlumatına görə, bunu Milli Məclisin bu gün keçirilən iclasında deputat Siyavuş Novruzov deyib.

Deputat bildirib ki, birincisi sərhədlərin dəqiqləşdirilməsidir: “Bununla bağlı proses gedir. İkincisi, Zəngəzur dəhlizinin açılmasıdır. Üçüncü məsələ minalanmış ərazilərin xəritələrini almaqdır. Bunu bütün dünya ictimaiyyətinə çatdırmalıyıq. Dördüncü - ən əsas məsələ isə Ermənistanın Azərbaycanın ərazi bütövlüyü tanıması məsələsini tam həll etməliyik ki, gələcək nəsillərə bu adda problem qalmasın”.

Deputat qeyd edib ki, xaricdə ermənidən pul alan bir sıra şəxslər şərləmə kampaniyası aparmaqla məşğuldurlar: “Biz hamılıqla buna qarşı mübarizə aparmalıyıq. Onlara öz yerlərini göstərməliyik”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR