Siyavuş Novruzov: “Elə məhkəmə prosesi var, 5 ildir, davam edir”

Siyavuş Novruzov: “Elə məhkəmə prosesi var, 5 ildir, davam edir”

© APA | Deputat Siyavuş Novruzov

# 21 may 2021 12:12 (UTC +04:00)

“Avropa Məhkəmələrinə olan müraciətlər və oradan gələn qərarların çoxu ilə tanış olmuşam”.

APA-nın məlumatına görə, bunu Milli Məclisin bu gün keçirilən iclasında deputat Siyavuş Novruzov deyib.

Deputat bildirib ki, bu qərarların 90%-i prosesin düzgün aparılmadığına görə qəbul edilib: “Məsələnin mahiyyəti ilə bağlı qərarlar deyil. Ona görə də bu məsələ ciddi nəzarətə alınmalıdır. Digər tərəfdən, məhkəmə qərarları icra edilmir. Biz məhkəmələrə elə səlahiyyət verməliyik ki, bunun icrasına nəzarət edə bilsin. Qərar icra edilməsə, məhkəmə bununla bağlı da məsələ qaldıra bilsin. Digər məsələ - ötür-ötürə son qoyulmalıdır. Elə proseslər var ki, 5 ildir, davam edir. Bir məhkəmənin qəbul etdiyi qərarı digər məhkəmə ləğv edirsə, əvvəlki qərarı verən hakimin maaşından tutulmalıdır. Burada əziyyət çəkən vətəndaş olur. Hakimlər öz işinə professional yanaşmalıdır”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR