Spiker: “Avropa Parlamentinin “hərbi əsir”lərlə bağlı qətnaməsi, sadəcə, kağız parçasıdır” - VİDEO

Sahibə Qafarova

© APA | Sahibə Qafarova

# 21 may 2021 16:10 (UTC +04:00)

Mətnə video əlavə olunub.

* * *

11:13

“Avropa Parlamentində “hərbi əsir”lərlə bağlı qəbul edilən qətnamə təəssüf doğurur”.

APA-nın məlumatına görə, bunu Milli Məclisin bu gün keçirilən iclasında parlamentin sədri Sahibə Qafarova deyib.

Sədr bildirib ki, erməni təbliğatının təsiri altında Azərbaycana qarşı belə sənəd qəbul edilib: “Bu, sadəcə, kağız parçasıdır. Bu, Avropa İttifaqının Azərbaycana qarşı münasibətini əks etdirmir. Azərbaycan Aİ ilə münasibətlərin hərtərfəli inkişafında maraqlıdır. Avropa Parlamentində bəzi qərəzli qrupların səyləri Azərbaycan və Aİ arasında münasibətlərə heç bir xələl gətirə bilməyəcək”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR