Spiker: “Azərbaycan Xalq Cümhuriyyətinin yaratdığı ənənələr Azərbaycan dövlətinin fəaliyyətində əksini tapır”

Spiker Sahibə Qafarova

© APA | Spiker Sahibə Qafarova

# 27 may 2021 16:54 (UTC +04:00)

“Sabah xalqımız Respublika gününü qeyd edəcək. 103 il əvvəl Azərbaycan Xalq Cümhuriyyətinin yaradılması xalqımızın müstəqillik arzusunun təcəssümü idi”.

APA-nın məlumatına görə, bunu Milli Məclisin bu gün keçirilən iclasında parlamentin sədri Sahibə Qafarova deyib.

Sədr bildirib ki, bu, təkcə ölkəmizin deyil, bütün müsəlman şərqinin təkamülündə vacib rol oynayıb: “Azərbaycan Xalq Cümhuriyyətinin yaratdığı ənənələr Azərbaycan dövlətinin fəaliyyətində əksini tapır. Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycana qarşı ərazi iddiası olanlara gərəkli yerləri göstərilib. Bu gün qələbədən-qələbəyə addımlayan Azərbaycan dövləti gələcəkdə daha da inkişaf edəcək, dünyanın sayılıb-seçilən ölkələri arasında öz yerini alacaq”.

Sədr təklif edib ki, Respublika günü münasibətilə parlamentin adından Prezident İlham Əliyevə və Birinci xanım Mehriban Əliyevaya təbrik məktubları ünvanlayaq.

Təklif deputatlar tərəfindən dəstəklənib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR