Spiker: “Bu gün Azərbaycan bayrağı Qarabağda və Şərqi Zəngəzurda inamla dalğalanır”

Sahibə Qafarova

© APA | Sahibə Qafarova

# 05 noyabr 2021 11:13 (UTC +04:00)

“Bir il əvvəl Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə əldə edilən müstəsna zəfər tarixə qızıl hərflərlə yazılıb”.

APA-nın məlumatına görə, bunu Milli Məclisin bu gün keçirilən iclasında parlamentin sədri Sahibə Qafarova deyib.

Sədr bildirib ki, 44 günlük müharibə nəticəsində Ermənistan ağır zərbələr alıb: “Tarixi ədalət bərpa edilib. Azərbaycan BMT-nin və digər beynəlxalq təşkilatların qətnamələrini öz gücü ilə təmin edib. Təkcə Azərbaycanın deyil, həm də bütövlükdə Cənubi Qafqazın inkişafı üçün yeni imkanlar açan bu zəfər çox mütərəqqi hadisədir”.

Spiker qeyd edib ki, Müzəffər Ali Baş komandan İlham Əliyevin böyük sərkərdəlik məharəti ilə idarə etdiyi Azərbaycan Ordusunun nəyə qadir olduğunu bu gün hər kəs görür: “Bu gün Azərbaycan Ordusunun döyüş taktikası bir sıra dünya ölkələrində öyrənilir. Artıq Ordumuz ən yaxşı ordular sırasındadır. Zəfərimizə səbəb olan bir amil də milli birliyimizdir. Bu birliyə düşmən duruş gətirə bilməzdi və gətirə bilmədi. Prezident İlham Əliyevin dediyi kimi, düşmən bizim qabağımızda dik çökdü, ağ bayraq qaldırdı. Bu gün Azərbaycan bayrağı Qarabağda və Şərqi Zəngəzurda inamla dalğalanır. Qarabağda geniş quruculuq işləri həyata keçirilir. Bölgənin bərpası planlarının həyata keçirilməsinə dost və qardaş ölkələr də cəlb edilir.

Müdrik rəhbərimizə, qəhrəman xalqımıza, ordumuza eşq olsun. Bizim onların hər birinə minnət borcumuz var”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR